Bütöv Azərbaycan Türk Dünyası Diaspora Soyqırım Qan yaddaşı
 
 
Ana səhifə
VHP haqqında
Nizamnamə
Məramnamə
Rəmzlər
VHP sədri
Rəhbərlik
Ali Məclis
MNTK
Mərkəzi Aparat
Mətbuat Xidməti
Gənclər Təşkilatı
Qadınlar Təşkilatı
Rayon Təşkilatları
VHP Fəalları
VHP-yə üzvlük
Foto qalereya
Seçkilər
Əlaqə
Bakı-Təbriz  

DAK  

Hava  
Məzənnə  
Sayğac  




Linklər  
Ünvan  
Ünvan:
Əbdülkərim Əlizadə küçəsi 9,
Azərbaycan, Bakı.
Telefonlar:
(+994 12) 493-71-45
(+994 12) 493-66-22
Fax:
(+994 12) 493-71-45
Xeber ucun  

31 mart soyqırımı və ya erməni vəhşiliyi


Bədnam qonşularımız Türk millətinə qarşı zaman-zaman soyqırım siyasətini həyata keçiriblər

Ermənilər tərəfindən azərbaycanlılara qarşı XX əsrdə, yəni 1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə soyqırımlar həyata keçiriblər və azərbaycanlılara qarşı  qarşı Zaqafqaziyada etnik təmizləmə aparmağaçalışıblar.
Bildiyimiz kimi, XIX əsrin əvvəlolərindən başlayaraq Qafqazda  Çar  Rusiyasının yaxın müttəfiqi kimi çıxış edən ermənilər Azərbaycan torpaqlarının işğalında və bu ərazilərin zaman-zaman zəbt edilməsində çox mühüm rol oynamışdır.
Hələ bir qədər əvvələ nəzər salsaq görərik ki, rusların Qafqaza gətirilməsində ayrı-ayrı erməni siyasətbazlarının xüsusi rolu olmuşdur XVII-XVIII əsrlərdə ermənilər rus çarları, ayrı-ayrı rus knyazları ilə əlaqələr saxlamış, Azərbaycan torpaqları hesabına erməni dövlətini yaratmaqda onlardan istifadə etmişdilər. Azərbaycan xalqının tarixi faciəli səhifələri məhz XIX əsrin əvvələrindən etibarən xalqımızın soyqırımının əsası qoyulmuşdur.
1913 və 1928-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmaısının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı.
Tariximizin ayrı-ayrı mərhələlərində öz soyqırım, parçalanma və qondarma aksiyaları xüsusilə güclənmişdir. Məsələn, 1905-1907-ci illərdə azərbaycanlılara qarşı xüsusilə geniş və qanlı qırğın törədilmiş, ermənilərin Bakıda başladıqları soyqırımı işini Azərbaycanın başqa ərazilərinidə əhatə etmişdir.
Zaqafqaziyanın sovetləşməsindən istifadə edən ermənilər 1920-ci ildə Zəngəzur və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSRİ-nin ərazisi elan etdilər.
1918-ci ilin martında Azərbaycan müsəlmanlarının soyqırımı dəhşətli həddə çatmışdı. Bu qırğınların ən amansızı dinc əhaliyə divan tutulması ilə müşahidə edildi.
1918-ci ilin martında “Əksinqilabçı qüvvələrlə mübarizə” şüarı altında Bakı Kommunası tərəfindən Bakı quberniyasının azərbaycanlılardan təmizlənməsi məsələsini qarşıya qoyan dəhşətli bir plan icra edilmişdi. Həmin günlərdə yalnız azərbaycanlı olduğu üçün minlərlə dinc sakin məhv edilmiş, şəhərin böyük bir hissəsi xarabalığa çevrilmişdi. 
ardı >>>


Xocalı bəşəriyyətə qarşı  yönəlmiş soyqırımdır

Xocalı 20 əsrin ən dəhşətli faciədir

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər. Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur. Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular.

Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan:
uşaqlar - 63 nəfər;
qadınlar - 106 nəfər;
qocalar - 70 nəfər 8 ailə tamamilə məhv edilmişdir;
25 uşaq hər iki valideyninin itirmişdir;
130 uşaq valideynlərindən birini itirmişdir;
487 nəfər yaralanmışdır, onlardan:
uşaqlar - 76 nəfər;
1275 nəfər əsir götürülmüşdür:
150 nəfər İtkin düşmüşdür:

Dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mld.rub dəyərində ziyan vurulmuşdur:
Bu rəqəmlər Ermənistan SSR-in dəstəyi və SSRİ rəhbərliyinin səhlənkarlığı ilə 1988-ci ildə başlamış və Azərbaycan SSR-in tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi iddiasının gerçəkləşdirilməsi əsasında yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əndəhşətli, qanlı faciəsindən xəbər verir.

Xocalı əsas hədəf 

Erməni silahlı dəstələrinin Xocalıya hücümunu şəhərin coğrafi mövqeyi şərtləndirirdi. 7000 əhalisi olan Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağının sisiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə aeroport da
Xocalıdadır.
ardı>>>






     
     
      
     
     
   
   
   
   


1   2   3

    
    
    
    

Bütöv Azərbaycan
Forum
Vətəndaş Həmrəyliyi qəzeti
Arxiv
Site by azDesign.ws
Ana səhifə | VHP haqqında | Nizamnamə | Məramnamə | Rəmzlər | VHP sədri | Rəhbərlik | Ali Məclis | MNTK | Mərkəzi Aparat | Mətbuat Xidməti | Gənclər Təşkilatı | Qadınlar Təşkilatı | Rayon Təşkilatları | VHP Fəalları | VHP-yə üzvlük | Foto qalereya | Seçkilər | Əlaqə