Bütöv Azərbaycan Türk Dünyası Diaspora Soyqırım Qan yaddaşı
 
 
Ana səhifə
VHP haqqında
Nizamnamə
Məramnamə
Rəmzlər
VHP sədri
Rəhbərlik
Ali Məclis
MNTK
Mərkəzi Aparat
Mətbuat Xidməti
Gənclər Təşkilatı
Qadınlar Təşkilatı
Rayon Təşkilatları
VHP Fəalları
VHP-yə üzvlük
Foto qalereya
Seçkilər
Əlaqə
Bakı-Təbriz  

DAK  

Hava  
Məzənnə  
Sayğac  




Linklər  
Ünvan  
Ünvan:
Əbdülkərim Əlizadə küçəsi 9,
Azərbaycan, Bakı.
Telefonlar:
(+994 12) 493-71-45
(+994 12) 493-66-22
Fax:
(+994 12) 493-71-45
Xeber ucun  

VƏTƏNDAŞ HƏMRƏYLİYİ PARTİYASININ

MƏRAMNAMƏSİ

I. Partiyanın yaranma səbəbləri, məqsədi və başlıca ideya-nəzəri prinsipləri

- hər bir insanın doğma evi olan dünyanın təbii, mənəvi və ekoloji fəlakətlə hədələndiyini;
- bəşər tarixinin ilkin ocaqlarından sayılan, qədim dövlətçilik ənənələrinə, zəngin təbii sərvətlərə, böyük əmək ehtiyatlarına, mütərəqqi mədəniyyətə, güclü mənəvi potensiala malik olan Azərbaycanın XX yüzilliyin sonunda da parçalanmış və müharibə alovuna bürünmüş bir vəziyyətdə qaldığını;
- son illərdə «yenidənqurma» adı altında həyata keçirilən və kobud siyasi səhvlərlə müşayiət edilən yarımçıq, elmi cəhətdən əsaslandırılmamış «islahatların» totalitar rejimdən miras qalmış ağır böhranı daha da dərinləşdirərək, hakimiyyət qurumlarının iflic olmasına, iqtisadiyyatın dağılmasına, elm və mədəniyyətin acınacaqlı hala düşməsinə, xalqın böyük əksəriyyətinin həyat səviyyəsinin kəskin şəkildə pisləşməsinə, cinayətkarlığın tüğyan etməsinə gətirib çıxardığını;
- qəhrəmanlıq keçmişi olan Azərbaycan xalqının imperiya təcavüzündən, müstəmləkə hüquqsuzluğundan qurtulmaq üçün növbəti hərəkata başladığını;
- Azərbaycanın müstəqilliyi haqqında 29 dekabr 1991-ci il ümumxalq referendumunun nəticələrini;
- xalqların azad və müstəqil yaşamaq, dövlət qurmaq haqqını, beynəlxalq normalarla müəyyənləşdirilmiş insan hüquqlarını;
- azadlıq və demokratiya yolunda, Azərbaycan vətəndaşlarının xoşbəxt gələcəyi uğrunda mübarizədə xalqımızın qarşısına çıxa bilən, irticaçı qüvvələrin əli ilə hazırlanan hər cür fitnəkarlığın zərərsizləşdirilməsi, müharibələrin, ictimai, iqtisadi və ekoloji fəlakətlərin qarşısının alınması sahəsində vahid əqidə ətrafında birləşən adamların, qurum və siyasi partiyaların rolunu;
- bu gün Azərbaycanda mövcud olan siyasi oyunların və hakimiyyət çəkişmələrinin azadlıq və xoşbəxt həyat ümiid ilə ayağa qalxmış xalqda inamsızlıq doğurduğunu;
- xalqın güclü intellektual potensiala, sağlam mənəviyyata, həqiqi vətənpərvərlik hisslərinə malik böyük bir hissəsinin siyasi-ictimai həyatdan təcrid olunduğunu;
- millətin qüvvələrinin parçalanması və xarici təxribatların güclənməsi nəticəsində Şimali Azərbaycanda yenicə yaradılmış demokratik respublikanın siyasi suverenliyinin və ərazi bütövlüyünün böyük təhlükə qarşısında qaldığını;
- müstəqil Azərbaycan Respublikasında dövlət quruculuğuna yardım göstərə biləcək, heç bir gizli, pozucu, məkrli məqsəd güdməyən, Allahın və xalqın iradəsinə, Azərbaycan əhalisinin bütövlük və xoşbəxtlik ideallarına sadiq olan, etnik və dini mənsubiyyətindən, ictimai-siyasi dünyagörüşündən, sosial mənşəyindən asılı olmayaraq hər bir vətəndaşın firavan həyatı, rahat iş və yaşayış şəraiti uğrunda mübarizədə müxtəlif qüvvələri, niyyətləri, mənafeləri əlaqələndirən, öz fəaliyyətində avantüra üsullarına əl atmayan, demokratik ruhlu, humanist təbiətli, geniş, perspektivli əməli fəaliyyət imkanına malik çağdaş siyasi partiyaya olan ehtiyacı nəzərə alaraq fəaliyyətə başlayan Azərbaycan Vətəndaş Həmrəyliyi Partiyası (VHP) milli birliyi və vətəndaş sülhünü Azərbaycanın ərazi, mənəvi və geosiyasi bütövlüyünü qorumağın, keçid dövrünün mürəkkəb vəzifələrini həyata keçirməyin başlıca və ən zəruri şərti hesab edir.
VHP öz məramnaməsini həyata keçirmək üçün demokratik yollardan istifadə edən parlament tipli partiyadır.
VHP-nin ali məqsədi Azərbaycanda tam müstəqil, demokratik, dünyəvi, hüquqi dövlət və azad vətəndaş cəmiyyəti qurulması, oqnun beynəlxalq birliyin bərabərhüquqlu üzvünə çevrilməsi prosesini tamamlanmasına nail olmaqdır.
VHP öz fəaliyyətində aşağıdakı ideya-nəzəri prinsiplərindən çıxış edir:
- VHP ictimai həyatın bütün sahələrində inam və dözümlülük atmosferinin yaradılmasını cəmiyyətin normal və ahəngdar fəaliyyətinin zəruri şərti hesab edir. VHP dünyadakı bütün ölkələrə, xalqlara, etnoslara, onların tarixinə, mədəniyyətinə, seçdikləri inkişaf yoluna, həmçinin milliyyətindən, dilindən, dinindən, irqindən, cinsindən, dünyagörüşündən, sosial mənşəyindən asılı olmayaraq hər bir Adama hörmətlə yanaşır, təbii, ekoloji, iqtisadi, ictimai, mənəvi fəlakətləri dəf etmək uğrunda onlarla həmrəyliyini bildirir…
- VHP dünyanın hazırki siyasi xəritəsinə obyektiv reallıq kimi baxır, heç bir ölkəyə və dövlətə təcavüzkar iddialar irəli sürmür.
- ictimai inkişaf təkamül və islahatlar yolu ilə getməli, dövlət mexanizmi isə bu təkamülə şərait yaratmalı və onu maneələrdən qorumalıdır. VHP hər hansı şəkildə zorakı inqilabın, siyasi avantürizmin, düşünülməmiş ictimai eksperimentlərin, subyektiv özbaşınalığın əleyhinədir. VHP öz əməli fəaliyyətində insan amilini, maarifçiliyi, quruculuğu, yaradıcılığı əsas götürür, ümumbəşəri xoşbəxtliyin yolunu inqilablarda, müharibələrdə yox, hər bir adamın xalıq həqiqi kamilliyə doğru yüksəlişində görür.
- VHP dünya ölkələrinin dövlətçilik təcrübəsinin mexaniki və təhrif olunmuş şəkildə Azərbaycana tətbiqini yolverilməz sayır; belə hesab edir ki, hakimiyyət forması cəmiyyətin öz inkişaf məntiqindən doğmalı, tarixi ənənələrə, ictimai şüurun səviyyəsinə və milli psixologiyaya uyğun olmalıdır.
- VHP Azərbaycan vətəndaşlarının iradəsini, real tələblərini ifadə edən müstəqil, demokratik, hüquqi dövlət yaradılmasına tərəfdardır. Dövlət hər hansı zümrənin, qrpunu və ya partiyanın mənafeyinə xidmət etməməli, əksinə, cəmiyyətdəki sağlam mənafelərin uzlaşdırılmasına çalışmsalıdır.
- VHP hər hansı formada ehkamçı dövlət ideologiyasının əleyhinədir. Dövlət öz fəaliyyətində yalnız bir ideyanı – ümummilli mənafeyi əsas götürməlidir.
- VHP ictimai həyatın bütün sahələrində olduğu kimi, iqtisadiyyatda da müxtəlif mülkiyyət və təssərrüfatçılıq formalarının mövcudluğuna və bərabərhüquqluğuna tərəfdar çıxır, inzibati yolla və yaxud başqa süni vasitələrlə hər hansı mülkiyyət formasının hökmranlığına nail olmağı məqbul saymır.
- öz milli üstünlüyünü sübuta yetirməyə çalışan şovunist təfəkkür tərzi insan və Allah qarşısında böyük günahdır, istənilən xalqı fəlakətə aparan yoldur.
- VHP hər bir insana ölkənin, xalqın, ümumiyyətlə, dünyanın əvəzsiz sərvəti kimi baxır, onun hüquqlarının qorunmasından, yaşama, işlətmə, yaratma tələblərinin ödənilməsinə çalışır; cəmiyyətdə hər bir insanın öz fiziki və əqli imkanlarını reallaşdırması üçün maksimum şərait yaradılmalıdır. Bununla yanaşı, insanın cəmiyyət qarşısında məsuliyyəti də qəbul edilməli və hər hansı şəkildə anarxizmə yol verilməməlidir.
- bəşər cəmiyyətinin inkişafının yalnız elmi-texniki tərəqqi ilə deyil, həm də insanın tənəvi təkamülü ilə şərtləndiyini nəzərə alaraq, VHP belə hesab edir ki, maarifçilik insanların mənəvi və zehni inkişafında, ictimai şüurun səviyyəsinin yüksəlməsində və son nəticədə vətəndaş sülhü və həmrəyliyi yolu ilə həqiqi milli dirçəlişə və tərəqqiyyə nail olmaqda başlıca vasitədir. VHP maarifçiliyi bəşər tarixinin bu günə qədər yaratdığı elm, mədəniyyət, ilahiyyət incilərini öyrənməkdə, öyrəndiklərini Allahın və xalqın iradəsinə uyğun şəkildə xeyirxah əməllər naminə başqalarına da öyrətməkdə görür. VHP məhz bu yolla insanın bədniyyət və əməllərindən xilas olacağına, kütləvi şüurun yüksək mərhələyə qalxacağına inanır.
VHP milli və ümumbəşəri dəyərlərin ahəngdar vəhdətini mədəniyyətin inkişafı və zingəşməsinin başlıca yolu hesab edir.
- VHP çağdaş texniki imkanlara malik ordunun mövcudluğunu müstəqil dövlətin mühüm atributlarından biri kimi qəbul edir, eyni zamanda hər cür militarizmin və təcavüzkar niyyətlərin əleyhinədir
VHP xarici siyasətdə və dövlətlərarası münasibətlərdə həm özünütəcridi, həm də dövlət siyasətini başqa dövlətin mənafelərinə uyğunlaşdırmağı və ya tabe etməyi yolverilməz sayır. Beylənxalq münasibətlərdə milli mənafeyinin önəmliliyi, bir-birinin daxili işlərinə qarışmamaq, başqasının hüquqlarına və ərazi bütövlüyünə hörmət prinsipləri əsas götürülməlidir.
- partiyalar arasında siyasi mübariz sivilizasiyalı, demokratik metodlarla və yalnız parlament mübarizəsi şəkildə həyata keçirilməlidir. Millətin mənafeyi hər şeydən üstündür və milli mənafedən söhbət gedərkən, bütün siyasi təşkilatlar və partiyalar öz birbaşa mənafelərini kənara qoymalıdırlar.
Qeyd olunan ideya-nəzəri prinsiplər Azərbaycan Vətəndaş Həmrəyliyi Partiyasının cari və perspektiv siyasi fəaliyyətinin əsasını təşkil edir.


II. Partiyanın yaxın vəzifələri

VHP belə hesab edir ki, asılılıqdan müstəqilliyə, totalitar rejimdən azad vətəndaş cəmiyyətinə, inzibati və bürokratik idarəçilikdən demokratik hüquqi dövlət quruluşuna, planlı istehsal və bölgü sistemindən azad bazar iqtisadiyyatına, sinfi və məhdud ideoloji prinsiplərə əsaslanan mədəniyyətdən ümumbəşəri dəyərlərə keçid prosesinin irəli sürdüyü mürəkkəb vəziflərə populist tədbirlərlə qısa müddətə və paralel şəkildə həll etmək iddiası siyasi uzaqgörmsəzlikdən başqa bir şey deyildir. Həmin vəzifələrin bir çoxunun həyata keçirilməsi üçün uzunmüddətli, məqsədyönlü və mərhələli fəaliyyət tələb olunur.
Yaxın dövr üçün aşağıdakı ən mühüm məsələlər həll olunmalıdır:
a) milli mənəvi iflasa aparan proseslərin qarşısının alınması və milli ruhun dirçəldilməsi;
b) respublikanıfn ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığınıın və vətəndaşlarının təhlükəsizliyinin təmin olunması;
v) iqtisadi tənəzzülün qarşısının alınması və əahlinin ən zəruri tələbatının ödənilməsi.
VHP yuxarıda göstərilən başlıca prinsiplər əsasında öz ali məqsədinə nail olmaqdan ötrü yaxın müddət üçün keçid dövrünün və faktik müharibə şəraitinin xarakteri ilə müəyyən olunan bu vəzifələri qoyur:

Siyasi quruculuq sahəsində
Xalq etmadına malik güclü hakimiyyət və icra mexanizmi olmadan keçid dövrünün müərəkkəb vəzifələrini həll etmək mümkün deyil. Buna görə də ən yaxın müddətdə əhalinin fəal seçki hüququnun reallaşdırılması yolu ilə bütün ictimai təbəqələrin və qüvvələrin təmsil olunduğu siyasi sistem formalaşdırılmalı, bu zaman qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin dəqiq bölün6məsinə əməl olunmalıdır. Bundan sonra hakimiyyət qurumlarının səmərəli və fəsiləsiz işi qərarların sözsüz icrası, mövcud şəraitin irəli sürdüyü ən vacib məsələlərin operativ həlli təmin edilməlidir.

İqtisadiyyat sahəsində
Mülkiyyətin bir formasından digərinə, iqtisadi sistemin bir modelindən başqasına sıçrayışını və kortəbii keçidin fəlakətli nəticələrini nəzərə alaraq, mülkiyyətin böyük əksəriyyətini dövlətin əlində cəmləşdiyi hazırki şəraitdə bazar iqtisadiyyatına keçid mexanizmi yaradılıb işə salınana qədər iqtisadiyyatın millət üçün həyati əhəmiyyəti olan sahələrində dövlət planlaşdırılması və idarəsi saxlanılmalıdır. VHP, ümumiyyətlə, bazar iqtisadiyyatına keçidin mövcud böhrandan yeganə qurtuluş yolu kimi qələmə verilməsini düzgün saymır, dövlət mülkiyyəti və kollektiv mülkiyyət xüsusi mülkiyyət formaları arasında məqsədəuyğun tənasübün tapılmasına və tənzimlənməsinə tərədar çıxır.
Xarici iqtisadi fəaliyyətdə hərcmərclik və özbaşınalığa son qoyulmalı, respublikanın sərvətlərinin və xammal ehtiyatlarının talan edilməsinin qarşısı alınmalıdır.

Sosial siyasət sahəsində
VHP xalqın iqtisadi ehtiyaclar məngəsinə düşdüyü, işsizliyin artmaqda olduğu hazırki şəraitdə fəal sosial-siyasət yeridilməsini, əhalinin sosial müdafiəsi sahəsində kompleks tədbirlər görülməsini, ictimai ədalət prinsipinin bərqərar edilməsini zəruri sayır.
Elm, mədəniyyət, təhsil və səhiyyə üstün inkişaf etdirilməli olan sahələr kimi dövlətin himayəsində olmalıdır. Bununla yanaşı həmin sahələrdə fərdi təşəbbüsə də geniş yol açılmalıdır.

Milli münasibətlər sahəsində
VHP ümumi mənafe naminə mübarizədə qələbəni Azərbaycanda yaşayan bütün xalqların və etnik qrupların əməkdaşlığında və birliyində görür. VHP respublikada etnik zəmində təxribatlara, süni şəkildə yaradılan münaqişələrə qarşı qəti mübarizə aparır.
VHP belə hesab edir ki, respublikada yaşayan xalqların dili və hüquqları dövlət tərəfindən qorunmalı, mədəniyyətləri inkişaf etdirilməli, daxili siyasətdə milli azadlıqların mənafeyi nəzərə alınmalıdır.

Milli təhlükəsizlik sahəsində
VHP hərbi qüvvənin çəkindirici rolunu, respublikanın ərazi bütövlüyünün və vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsində birinci dərəcəli əhəmiyyətini nəzərə alaraq, yaxın müddətdə müasir hərbi texnika, sursat və silahla təmin olunmuş, yaxşı təlim görmüş Milli Ordunun tam formalaşmasının və müdafiə xarakterili hərbi doktrinanın işlənib hazırlanmasını zəruri hesab edir.
VHP ordudan daxili siyasi mübarizədə vasitə kimi istifadə olunmasının qəti əleyhinədir.

Beynəlxalq münasibətlər sahəsində
Azərbaycanın xarici siyasəti onun dövlət müstəqilliyinin mövkəmlənməsinə və beynəlxalq birliyin tamhüquqla subyekti kimi tanınmasına xidmət etməlidir.
Azərbaycanın hazırki və perspektiv tələbatına cavab verən, onun milli mövqeyinə uyğun fəal xarici siyasət konsepsiyası işlənib hazırlanmalı və həyata keçirilməlidir. Dölətlərarası münasibətlər beynəlxalq hüquq normalarına uyğun sürətdə, qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlıq əsasında qurulmalıdır.

*           *          *

Azərbaycan Vətəndaş Həmrəyliyi Partiyası humanist ideallara, ümumbəşəri prinsplərə və milli dəyərlərə əsaslanan Məramnaməsini bəyan etməklə, bu Məramnamənin əsas müddəalarını qəbul edən hər bir kəsin azad, demokratik vətəndaş cəmiyyəti quruculuğu uğrunda, bəşəri amallar uğrunda bərabərhüquqlu əməkdaşlığa və birləşməyə çağırır.

Bütöv Azərbaycan
Forum
Vətəndaş Həmrəyliyi qəzeti
Arxiv
Site by azDesign.ws
Ana səhifə | VHP haqqında | Nizamnamə | Məramnamə | Rəmzlər | VHP sədri | Rəhbərlik | Ali Məclis | MNTK | Mərkəzi Aparat | Mətbuat Xidməti | Gənclər Təşkilatı | Qadınlar Təşkilatı | Rayon Təşkilatları | VHP Fəalları | VHP-yə üzvlük | Foto qalereya | Seçkilər | Əlaqə