Bütöv Azərbaycan Türk Dünyası Diaspora Soyqırım Qan yaddaşı
 
 
Ana səhifə
VHP haqqında
Nizamnamə
Məramnamə
Rəmzlər
VHP sədri
Rəhbərlik
Ali Məclis
MNTK
Mərkəzi Aparat
Mətbuat Xidməti
Gənclər Təşkilatı
Qadınlar Təşkilatı
Rayon Təşkilatları
VHP Fəalları
VHP-yə üzvlük
Foto qalereya
Seçkilər
Əlaqə
Bakı-Təbriz  

DAK  

Hava  
Məzənnə  
Sayğac  




Linklər  
Ünvan  
Ünvan:
Əbdülkərim Əlizadə küçəsi 9,
Azərbaycan, Bakı.
Telefonlar:
(+994 12) 493-71-45
(+994 12) 493-66-22
Fax:
(+994 12) 493-71-45
Xeber ucun  

    Sabir RÜSTƏMXANLI                               



Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Dünya Azərbaycanlıları Konqresinin həmsədri, millət vəkili


1946-cı il may ayının 20-də Azərbaycanda, Yardımlı rayonunun Hamarkənd kəndində anadan olub. Atası 1994-cü ildə, anası 2008-ci ilfə vəfat edib.
      1963-cü ildə Yardımlı qəsəbə onbirillik məktəbini bitirib. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, 1968-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib.
       Əmək fəaliyyətinə tələbəlik illərindən başlamış, 1967-ci ildə Azərbaycan Yazarlar Birliyinin orqanı olan «Ədəbiyyat və incəsənət» qəzetində işə qəbul edilmişdir.
       Bu sırada elmi işlə də məşğul olmuş, Azərbaycan Elmlər Akademisi Nizami adına Ədəbiyyat İnstitutunun aspirantlığını bitirib, dissertasiya müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsinə yiyələnmişdir.
       1974-75-ci illərdə Ordu sıralarında xidmət etmişdir.
       Erkən yaşlarından məşğul olduğu ədəbi fəaliyyət 1967-ci ildən onun əsas peşəsinə çevrilmişdir. 1967-1978-ci illər ərzində «Ədəbiyyat və incəsənət» qəzetində xüsusi müxbir və şöbə müdiri, 1978-1989-cu illər arasında isə «Yazıçı» nəşriyyatının baş redaktoru olmuş, yüzlərlə elmi, ədəbi-tənqidi, publisistik yazı çap etdirmişdir.
       İlk kitabı 1970-ci ildə nəşr edilmişdir. O vaxtdan bəri Azərbaycanda, Türkiyədə, Rusiyada, İsveçdə 20-dən artıq şer, nəsr, publisistika kitabları nəşr edilmişdir. Kitabları Azərbaycanın yüksək ədəbi ödüllərinə layiq görülmüş, onun adını bütün türk dünyasında və əski Sovetlər Birliyində tanıtdırmışdır. «Ömür kitabı» adlı əsəri Azərbaycanda xalqın milli və yurdsevərlik duyğularının oyanmasında ciddi rol oynamış və 1988-ci il milli-azadlıq hərəkatının mənəvi təməllərindən biri olmuşdur. «Tanımaq istəsən», «Xəbər gözləyirəm», «Gəncə qapısı», «Sağ ol, ana dilim!», «Qan yaddaşı», «Zaman məndən keçir» və sair kimi şer kitablarının, «Bütövlük», «Didərginlər», «Cavad xan», «Orxonla görüş» poemaların, «Bu sənin xalqındır» publisistik yazılarından ibarət əsərin, «Atamın ruhu», «Xətai yurdu», «Göy Tanrı», «Ölüm yaşamaqdan şirinmiş (Cavad xan)» romanlarının müəllifidir. Əsərləri bir çox dünya xalqlarının dillərinə tərcümə olunub.
       Nəşriyyatda işlədiyi illərdə dünya ədəbiyyatının, türk dünyası klassiklərinin, mədəniyyət abidələrinin Azərbaycan oxucularına çatdırılmasında, çağdaş Azərbaycan mədəniyyətinin təbliğində böyük xidmət göstərmişdir.
       S.Rüstəmxanlı Azərbaycanda tanınan və sevilən ictimai-siyasi xadimlərdən biridir. 1988-ci ildə başlanan milli azadlıq hərəkatının ilk təşkilatçılarından və liderlərindən, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri olmuşdur. 1989-cu ildə Azərbaycanda ilk müstəqil, demokratik qəzet olan «Azərbaycan»ı təsis etmiş, iki il onun baş redaktoru (baş yazarı) olmuşdur.
      1990-cı ildə Azərbaycan Xalq Cəbhəsindən (AXC) Parlamentə deputat seçilmiş, Demokratik deputat fraksiyasının həmsədri, Qaçqınlarla iş komissiyasının sədri, Azərbaycanın Müstəqillik Aktının müəlliflərindən biri olmuşdur.
      1991-1995-ci illərdə Mətbuat və İnformasiya naziri görəvini daşımışdır.
      1992-ci ildə Vətəndaş Həmrəyliyi Partiyasını (VHP) yaratmışdır, bu günə qədər partiyanın sədridir.
      1995-ci ildə təkrar parlamentə seçilmiş və nazir görəvindən istefa vermişdir.
      1996-cı ildə Azərbaycan Respublikası prezidentinin fərmanıyla «Şöhrət» ordeni ilə təltif edilən S.Rüstəmxanlı hakimiyyət orqanlarına etiraz əlaməti olaraq bu yüksək dövlət ödülünü almaqdan imtina etmişdir.
      2000-ci ildə başçılıq etdiyi Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycan Respublikası Milli Məclisində yer qazanan iki müxalifət partiyasından biri olmuşdur.
      2003-cü il prezident seçkilərində Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən Azərbaycan Respublikasının Prezidentliyinə namizəd kimi irəli sürülüb və seçkilərdə ştirak etmişdir.
2004-cü ildə keçirilən Dünya Azərbaycanlıları Koqresinin qurultayında DAK Məclisinin sədri seçilmişdir.
      2005-ci ildə ölkə prezidentinin sərəncamı ilə «Azərbaycan Respublikasının Xalq Şairi» fəxri adına layiq görülmüşdür.
      2005-ci ildə Milli Məclisə keçirilən seçkilərdə 72 saylı Yardımlı-Masallı dairəsindən mojaritar qaydada namizədliyini irəli sürmüş və qalib gəlmişdir.
Hazırda Milli Məclisin deputatıdır.
2006-cı ildə Azərbaycan tarixindən bəhs edən “Cavad Xan” romanı işıq üzü görüb.
2006-2008-ci illərda Azərbaycan tarixindən bəhs edən “Cavad Xan” romanı əsasında, S.Rüstəmxanlının ssenarisi əasaında Gəncə xanı Cavad xanın həyatından bəhs edən “Cavad Xan” iki serialı bədii filmi çəkilib.
2008-ci ildə Dünya Azərbaycanlıları Konqresinin X Qurultayında DAK həmsədri seçilib.
Dünyanın otuz beşə yaxın ölkəsində Azərbaycanın taleyi ilə bağlı çıxışlar etmiş, Azərbaycanın haq səsinin dünyaya çatdırılmasına çalışmışdır.

Bütöv Azərbaycan
Forum
Vətəndaş Həmrəyliyi qəzeti
Arxiv
Site by azDesign.ws
Ana səhifə | VHP haqqında | Nizamnamə | Məramnamə | Rəmzlər | VHP sədri | Rəhbərlik | Ali Məclis | MNTK | Mərkəzi Aparat | Mətbuat Xidməti | Gənclər Təşkilatı | Qadınlar Təşkilatı | Rayon Təşkilatları | VHP Fəalları | VHP-yə üzvlük | Foto qalereya | Seçkilər | Əlaqə