
Güneydən daxil olan məlumata əsasən Güney Azərbaycanın qəhrəmanlar şəhəri olan Sulduz şəhərində şəhid olmuş milli hərəkatçıların ailələri və Sulduz milli hərəkat fəalları şəhidlər məzarlığında toplaşaraq anım mərasimi keçiriblər.
Anım mərasimi zamanı günahsız xalqın qanına əli bulaşmış təhlükəsizlik qüvvələri və əli dəyənəkli silaha sarılmış polis qüvvələri məzarlığı mühasirəyə almış, anım mərasimini genişlənməyə imkan verməmiş, məzarlığa toplaşan şəhid ailələrini və Sulduz əhalisini tezliklə oranı tərk etməyi və evlərini getməyi tələb etmişlər. Əks təqdirdə onlara tərəf atəş açacaqlarını bildirmişlər.
Təhlükəsizlik qüvvələri kamera və fotoaparatla mərasim iştirakçılarını lentə almış və Sulduz şəhərinin ETTELAAT rəisi yüksək rütbəli polis və hərbiçilər əhalinin toplandığı şəhid məzarlığına gəlmişlər. Bütün göstərişləri əhalini məzarlıqdan uzaqlaşdırmaq üçün onlar verirmişlər.