
Urmiyadan verilən məlumata görə, Urmiya həbsxanasında saxlanılan Güney Azərbaycan milli hərəkat fəalı Firidun Mehdipur may hadisələrinin ildönümünü aclıq aksiyası ilə qeyd edir.
Xatırladaq ki Firidun Mehdipur Urmiyə İnqilab məhkəməsinin hökmü ilə hakimiyyət əleyhinə mübarizə, İranın ərazi bütövlüyünü parçalamaq, əhalini hakimiyyət əleyhinə aksiyalara dəvət etmək ittihamı ilə 39 ay 1 gün həbsə məhkum edilib. 9 ay 1 gün qəti həbs və 30 ay şərti olaraq azadlıqdan məhrum edilib.
Həbs olunan zaman neçə müddət ETTELAAT idarəsində ağır işgəncələrə məruz qalmış, sonra Urmiyə həbsxanasına yerləşdirilmişdir.
Hal hazırda Urmiyə həbsxanasının 13-cü bəndində saxlanılır, may hadisələrinin ildönümü ilə bağlı hakimiyyətin Azərbaycan türklərinə qarşı qeyri-insani rəftarlarına etiraz olaraq aclıq aksiyasına başlayıb.