
FARS REJIMI SOYDAŞLARIMIZI ŞƏRLƏYƏRƏK HƏBS EDIR
MƏRƏNDDƏ GÜNEY AZƏRBAYCAN BAYRAĞI QALDIRILIB
Mərənd şəhərində SEPAH qüvvələri ilə islam fanatikləri manevr keçiriblər. Güney Azərbaycandan daxil olan məlumata görə, buna baxmayaraq, Güney Azərbaycan Milli Hərəkatı planlaşdırdığı aksiyanı keçirə bilib. Şəhərdən kənarda yerləşən Yumrutəpə adlanan yerdə Güney Azərbaycan bayrağı asılıb. Güney bayrağı 2 saat həmin yerdə dalğalanıb və şəhərin bütün yerindən görsənib. Bundan qəzəblənən ETTELAAT qüvvələri yoldan keçən insanların üzərinə hücuma keçərək onları döyməyə başlayıb.
MINLƏRLƏ İNSAN SULDUZDA ŞƏHIDLƏRIN ANIM MƏRASIMINI KEÇIRİB
Güney Azərbaycanın Sulduz şəhərindən daxil olan məlumata əsasən iki il öncə fars şovinistləri tərəfindən dinc əhaliyə silahlı basqın edən faşist molla hakimiyyətinin məmurları onlarla soydaşımızı öldürmüş və onların ailələrinə ciddi təzyiqlər göstərmişlər. Həmin hadisələrin ildönümünü qeyd etmək üçün Güney Azərbaycanın əksər şəhərlərindən minlərlə soydaşımız onların məzarını ziyarət etmək üçün və anım mərasimləri keçirmək üçün Təbrizdən, Urmiyədən, Qoşaçaydan, Xoydan, Makidan milli hərəkatçılar Sulduza toplanmış və həmin şəhərin məscidlərində ehsan verərək milli azadlıq uğrunda şəhid olmuş soydaşlarımızı anmış və onların ailələrinə mənəvi dəstək olmuşlar.
Polis və təhlükəsizlik məmurları bütün güclərini səfərbər edərək bu mərasimin qarşısını almaq istəsələrdə mərasim iştirakçılarının sayı çox olduğundan qorxuya düşərək müdaxilə edə bilməmişlər. Lakin kameralarla başqa şəhərlərdən gələnləri lentə alaraq qorxu yaratmaq istəmişlər. Amma buna baxmayaraq möhtəşəm anım mərasimi keçirilmiş, çoxlu sayda şəhidlərin qəhrəmanlıqlarını əks etdirən şeirlər və məruzələr edilmişdir.
Xatırladaq ki, həmin gün onlarla şəhid və onlarla yaralanmış soydaşlarımızın ailələri Azərbaycan türklərinin öz qəhrəmanlarını unutmayacağına əmin olmuş və onların qanlarının yerdə qalmayacağını bir daha sübut etmişlər.
Tədbirdə iştirak edən həmin hadisələrdə yaralanan Mehdi Əzizadə, Nasir Cahangərd, Mahmud Hacıməhəmmədi, Əlirza Mehran, Mehran Nohəxan, Kamran Nohəxan, İrəc Məhəmmədi, Həbib Rəzəvi, Yəhya Novruzi, Əlirza İbrahimzadə, Hüseyn Muradi və Əli Nuri iştirak edirdilər.
HƏBSLƏR DAVAM EDIR
Güneydən daxil olan məlumata əsasən son günlərdə Güney Azərbaycanın bütün bölgələrində hərbi hakimiyyət hökm sürməkdə davam edir. Bütün şəhərlər xüsusi təyinatlı polis və təhlükəsizlik qüvvələri ilə doludur. Milli hərəkat fəallarının ETTELAAT məmurları tərəfindən həbs edilməsi adi bir hala çevirilib. Son bir həftə içərisində 4 mindən artıq milli hərəkat fəalı ETTELAAT idarələrinə çağırılaraq sorğu-sual təzyiq və işgəncələrə məruz qoyulurlar. Həbs olunanların əksəriyyəti azadlığa buraxılsada aktiv milli hərəkat fəalları ETTELAAT təcridxanalarında saxlanılır.
Təkcə Təbrizdə 30 nəfər həbs olunaraq naməlum yerlərdə işgəncələrə məruz qalmaqdadır. Güney Azərbaycanın başqa şəhərlərində də eyni əməliyyatlar həyata keçirilir.
MIYANA ŞƏHƏRINDƏ MILLI HƏRƏKATÇILAR HƏBS EDILIR
Güneydən daxil olan məlumata əsasən may hadisələrinin ikinci ildönümü ərəfəsində Güney Azərbaycanın Miyana şəhərində milli hərəkat fəalları ETTELAAT idarəsinə çağırılaraq saatlarla dindirilir və təzyiqlərə məruz qalırlar. Belə ki, Miyana şəhərində özəl musiqi məktəbinə rəhbərlik edən mühəndis Məhəmmədrza Muxtari və çoxlu sayda milli hərəkat fəalı ETTELAAT məmurları tərəfindən çağırılaraq təzyqilərə məruz qalıblar. Məhəmmədrza Muxtari 6 saat müddətinə Miyana ETTELAAT idarəsində sorğu-suala tutularaq təzyqilərə məruz qalmış və təhdid edildikdən sonra azadlığa buraxılmışdır.
Xatırladaq ki, keçən il musiqi müəssisəsinin adı türkcə olduğuna görə bağlanmışdır. Mühəndis Məhəmmdrza Muxtari Miyanada milli oyanışa xidmət edən ən tanınmış milli hərəkat fəallarındandır. Dəfələrlə ETTELAAT məmurları tərəfindən həbs edilərək işgəncə və təzyiqlərə məruz qalmış, son parlament seçkilərində Miyana şəhərinin namizədlərindən olmuş, lakin milli haqlarını müdafiə edən şəxs olduğuna görə onun namizədliyi ETTELAAT tərəfindən ləğv edilmişdur.