
Piketdə İranda insan haqları ilə bağlı vəziyyət pislənib, beynəlxalq təşkilatlardan tələb olunub ki, bu ölkədə qeyri-farslara qarşı aparılan diskriminasiya siyasətinin qarşısının alınması üçün ciddi addımlar atılsın.
Güney Azərbaycanda 2006-cı ildə baş verən qanlı may hadisələrinin ildönümü ilə əlaqədar Böyük Britaniyanın paytaxtı Londonda bu ölkə parlamentinin binası qarşısında piket keçirilib.
Güney Azərbaycan İstiqlal Partiyası (GAİP) Araşdırma və İnformasiya Mərkəzindən “VH”-yə verilən məlumata görə, piketdə İranda insan haqları ilə bağlı vəziyyət pislənib, beynəlxalq təşkilatlardan tələb olunub ki, bu ölkədə qeyri-farslara qarşı aparılan diskriminasiya siyasətinin qarşısının alınması üçün ciddi addımlar atılsın.
Qeyd edək ki, GAİP-in təşəbbüsü ilə keçirilən aksiyada Türk Ülkücü Ocağı, Türkmən İnsan Haqları Müdafiə Komitəsi və Əhvaz Ərəb Demokratik Cəbhəsinin nümayəndələri də iştirak edib.