
Güney Azərbaycanın başkəndi Təbriz şəhərində tutulan hərəkat fəallarının sayı mətbuata açıqlanandan daha çoxdur. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən daxil olan məlumata görə, həbs edilən hərəkatçıların bir qismi gizli şəkildə ETTELAAT-da saxlanılırlar. Onlara işgəncə verildiyi bildirilir. Təcridxanada saxlanan Rəhman Qasimi, İsmayıl Fəthi, Əmir Məhəmmədbənnayi, Əhəd Qəzəvi və daha 16 hərəkat fəalı may hadisələri zamanı yaxalanmışdılar.
Əli Sədiqi və Cəmşid Zareyi adlı iki hərəkatçının vəziyyəti daha ağırdır. Onlara amansız işgəncə verilir.